Elcan Eli & Toğrul Paşa - Efsus LYRICS
Hər yağan yağışda mən islanan biri,
Bir gülüşünə məst olub bağlanan biri,
Sən yalançı hisslərin mahir ustası,
Mən yalançı hisslərə aldanan biri..
Üzdü canımı həsrət,
Bu eşqə bir xətt,
Cızdım sonunda..
Yanlış insana inanıb,
Hər şeydən usanıb,
Bezdim sonunda,bezdim,bezdim sonunda...
Nəqarət
Sənnən özgə heç kimi,sevmədim sənin kimi,
Bilməmisən qədrimi əfsus.
Sənə görə fərhad oldum,ən sonunda yad oldum,
Dəyərsiz insan kimi əfsus...
2-ci hissə
Öz qəlbimi vermişəm mən hədər sənə,
Mən ki, qurban eylədim yar nələr sənə,
Gəl düzün danış mənə vəfasız insan,
Bir kəs dəyər verdimi mən qədər sənə.?
Üzdü canımı həsrət,
Bu eşqə bir xətt,
Cızdım sonunda..
Yanlış insana inanıb,
Hər şeydən usanıb,
Bezdim sonunda,bezdim,bezdim sonunda...
Nəqarət
Sənnən özgə heç kimi,sevmədim sənin
kimi,
Bilməmisən qədrimi əfsus.
Sənə görə fərhad oldum,ən sonunda yad
oldum,
Dəyərsiz insan kimi əfsus...
No comments:
Post a Comment